NAMAZ QILIN!
Mələklərin seyr etdiyi bir namaz qılmaq istəyirsinizmi?

“Günəşin batmasından, gecənin qaranlığına qədər, lazimi vaxtlarda namaz qil. Ələlxüsus da Sübh namazını. Çünki Sübh namazında gecə və gündüz mələklər hazır olurlar (şahid olurlar)."
İsra suresi: 78
Bir fikirləşin təkbir alırsız mələklər şahid, rukuya gedirsiz mələklər şahid, səcdəyə qapanırsız yenə mələklər şahid.
Bəs niyə Rəbbimiz Sübh namazına bu qədər önəm verir?!
Çünki, qəlbin ülvi olan hər gözəlliyə açıq olduğu ən hüzünlü vaxtdır bu vaxt. Çünki, başlanacaq ən yorğun və yeni bir günə hazırlanmanın ən doğru və bərəkətli olduğu bir vaxtdır bu vaxt.
Bəzən insanlar etdikləri şeyin sevdikləri tərəfindən görülməsini istəyir. Budur! Uca Rəbbimiz nurdan mələklərini ibadətimizə şahid tutur.
Gəlin dostlar! Sübh namazını əgər qılırsınızsa bu ayəni xatırlayaq. Yox əgər qıla bilmiriksə bu gündən beynimizi və qəlbimizi “Sübh namazına” ayıraq.
İnsan ömründə nə qədər Sübh namazı qıla bilər ki? Bu bilinməz!
Amma tək bildiyimiz odur ki, bu vaxt Allah mələklərini namaz qılan qulunun yanında hazır saxlayır.
Allah Namazınızı qəbul etsin! Amin!

Sag ol Ramil.Bayramin mubarek,Allah tutdugun orucu qebul etsin. Hormetlerle....
Oktyabr 14, 2007 23:22