KİLSƏLƏRDƏ AZAN OXUNACAQ
Alman kilsələri sürətlə məscidlərə çevrilir

Almaniyada minarəli 159 cami və 2 min 500 məscid var.
Daha 128 ibadətxana da açılacaq
Almaniyanın "Tagesspiegel" qəzetinin verdiyi məlumata görə, Berlindəki 2 kilsə müsəlmanlara satılıb. Belə ki, Neukölln ve Tempelhof qəsəbələrində köhnə kilisələr məscid və İslam mərkəzlərinə çevriləcək.
İbadət edənlərini sürətlə qeyb edən Katolik və Protestan kilsələrinin gələcək illərdə təqribən 10 min kilsənin qapanacağı ilə üzləşəcəyi ifadə olunan xəbərdə, bunun qarşılığında islam ibadətxanalarının sürətlə artdığı qeyd edildi.
Almaniya İslam Arxivindən Salim Abdullah, bu barədə verdiyi açıqlamada 'Almaniyada minarəli 159 cami və 2 min 500 məscid var. Daha 128 ibadətxana da açılacaq" dedi.
"Bild" qəzeti də paytaxt Berlində bu günə qədər 8 min 500 almanın İslam dinini qəbul etdiyini yazdı.
Öncələr protestant olan, sonra İslamı qəbul edən Məhəmməd Hersoq alman qəzetinə verdiyi açıqlamada Berlində hər ay 15 almanın müsəlman olduğunu bildirdi.
Hersoqun rəhbəri olduğu 'Almanca Danışan Müsəlmanlar Camaatı"nı ziyarət edən Berlin Əyaləti Daxili İşlər Müdiri Ehrhart Körting də Müsəlmanların radikal dinçilərlə bir tutulmasının çox təhlükəli bir yanaşma olduğunu bildirərək, bütün müsəlmanların təhlükəli olduğu kimi yanaşmalara bərk qəzəbləndiyini söylədi.
