ƏMİRƏL-MÖ’MİNİN ƏLİ İBN ƏBUTALİB(Ə)-IN HƏYATI
Mömünlərin əmiri, xəlifəsi, Peyğəmbər(saas)sevimlisi, xanımlar xanımı Fatimei Zəhranın(ə.s) yoldaşı
ƏLİ İBN ƏBUTALİB(Ə)-IN HƏYATI
I hissə

Bu yazını mütləq oxuyun. Əli (ə)-ın həyatı hamımızın bilməsi vacib olan bir tarixdir.
ƏMİRƏL-MÖ’MİNİN ƏLİ
İBN ƏBUTALİB(Ə)-IN HƏYATI
I HİSSƏ

Əmirəl-mö’minin həzrət Əli(ə)-ın həyatı
barədə qısa mə’lumat
Həzrət Əli(ə) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) Rəcəb ayının on üçü Kə’bə evində dünyaya göz açmışdır. Atası Əbutalib anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili Ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir.
Həzrət Əli(ə)-ın həyatının bölmələri
Həzrət Əli(ə)-ın be’sətdən (Mühəmməd(s) peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini İslami hadisələrdə Peyğəmbər(s)-lə çiyin-çiyinə olmasını Peyğəmbər(s)-in də vəfatından sonra otuz il yaşamasını nəzərə almaqla onun (həzrət Əlinin) altımış üç illik mübarək ömrünü aşağıdakı beş hissəyə bölmək olar.
1)–Təvəllüddən Peyğəmbər(s)-in be’sətinə qədər.
2)–Be’sətdən Peyğəmbər(s)-in Mədinəyə hicrətinədək.
3)–Hicrətdən Peyğəmbər(s)-in vəfatınadək.
4)–Peyğəmbər(s)-in vəfatından Əli(ə)-ın xəlifə olmasına qədər.
5)–Həzrət Əli(ə)-ın xəlifəlik dövrü (şəhadətinə qədər).
1-Əli(ə)-ın dünyaya gəlməsindən Mühəmməd(s)-in
be’sətinə (peyğəmbərliyə seçilməsinə) qədər
Yuxarıda qeyd etdik ki əgər Əli(ə)-ın ömrünü beş hissəyə bölsək birinci hissə o həzrətin təvəllüdündən Peyğəmbər(s)-in be’sətinə qədərki dövrü əhatə edəcək. Əli(ə)-ın ömrünün bu hissəsi on ildən çox deyil. Çünki həzrət Əli(ə) doğulanda Peyğəmbər(s)-in artıq otuz yaşı var idi və o peyğəmbərliyə qırx yaşında olarkən yetişmişdir. Deməli Mühəmməd(s) peyğəmbər seçilərkən Əli(ə)-ın cəmi on yaşı var idi.
Əli(ə) peyğəmbər qucağında
Əli(ə) ömrünün həssas olan ruhi və bədəni tə’lim-tərbiyə qəbul etməsi dövrünü Mühəmməd(s) peyğəmbərin evində və onun tə’lim-tərbiyəsi altında keçirmişdir. İslam tarixçiləri bu barədə yazırlar:
«Bir il Məkkədə aclıq üz vermişdi.Bu zaman peyğəmbərin əmisi Əbutalib böyük bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı. Peyğəmbər(s) Bəni–Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi ki Əbutalibin dolanışığına kömək etmək məqsədilə gedib hərəmiz onun bir uşağını götürüb öz evimizdə saxlayaq. Abbas Peyğəmbər(s)-in bu təklifi ilə razılaşdı. Beləliklə də Abbas Cə’fəri Peyğəmbər(s) isə Əli(ə)-ı öz öhdəsinə götürüb öz evlərinə apardılar. Əli(ə) Mühəmməd(s) peyğəmbər seçilənədək onun evində qaldı. Peyğəmbər(s) peyğəmbərliyə seçildikdən dərhal sonra Əli(ə) onu qəbul edib ona itaət etməyə başladı.1»
Peyğəmbər(s) Əli(ə)-ı öz öhdəliyinə götürərkən buyurmuşdur: «O kəsi seçdim ki Allah –taala da onu mənim üçün seçmişdir.2»
Peyğəmbər(s) öz uşaqlıq illərini babası Əbdül Mütəllibin vəfatından sonra əmisi Əbutalibin evində keçirtdiyinə görə istəyirdi ki böyüdükdən sonra Əbutalibin uşaqlarından birini öz öhdəliyinə götürsün. Beləliklə də əmisi Əbutalibin və Fatimə Əsəd qızının onun üçün çəkdikləri əziyyətlərin əvəzini çıxsın. Əbutalibin uşaqlarının arasından Əli(ə)-ı Peyğəmbər(s)-in gözü tutmuşdu.
Əli(ə) öz xəlifəlik dövründə «Qasiəh» xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurmuşdur: «Siz (peyğəmbərlərin səhabələri) mənim peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki mən uşaq olarkən Peyğəmbər(s) məni öz qucağına alıb bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki mən onun bədəninə yapışaraq onun iyini hiss edirdim. O mənə yemək yedizdirirdi.
Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşürdüm. Gündə bir əxlaqi məsələni mənə öyrədir və tapşırırdı ki ona riayət edim.»3
Əli(ə) Hira4 mağarasında
Mühəmməd(s) peyğəmbərliyə seçilməzdən qabaq ilin bir ayını Hira mağarasında keçirərdi. (Hira Məkkənin Şimal səmtində bir dağdır. Həmin dağın başında bir mağara var. Mağaranı dağın adı ilə əlaqədar olaraq Hira mağarası adlandırmışlar.) Bu bir ay ərzində ibadətlə məşğul olurdu. Əgər bir nəfər ac onun yanına getsəydi ona yemək verərdi. Bir ay başa çatdıqdan sonra əvvəl gəlib Kə’bəni yeddi ya da müəyyən bir miqdarda təvaf edib sonra evə qayıdardı.1
Tarixi faktlardan mə’lum olur ki Peyğəmbər(s) Əli(ə)-a olan xüsusi əlaqəsinə görə onu da özü ilə Hira mağarasına aparardı.
Vəhy mələyi (Cəbrail) ilk dəfə Hira mağarasına gəlib Mühəmməd(s)-in Allah-taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda həzrət Əli(ə) da onun yanında idi. O gün də peyğəmbərin Hira mağarasına ibadətə gedən ayın günlərindən biri idi.
Əli(ə) «Qasiəh» xütbəsində bu barədə buyurur: «Peyğəmbər(s) hər il Hira mağarasına ibadətə gedərdi. Məndən başqa heç kim onu görməzdi...Ona ilk dəfə vəhy nazil olan zaman mən şeytanın fəryadını eşitdim. Peyğəmbər(s)-ə dedim: Bu nə qışqırıqdır? Cavab verdi ki bu şeytanın qışqırığıdır. Qışqırmasının səbəbi də odur ki o camaatı yer üzündə aldatmaqdan naümid oldu. Mən eşidənləri sən də eşidirsən mən görənləri sən də görürsən. Təkcə fərqimiz budur ki sən peyğəmbər deyilsən. Sən mənim vəzirim canişinimsən və xeyir-bərəkətlisən.»
Bu ifadənin Peyğəmbər(s)-in peyğəmbər olduqdan sonra Hira mağarasındakı ibadətlərinə aid olmasının mümkünlüyünə baxmayaraq ötən sübutlardan və peyğəmbərin Hira mağarasında ibadətə məşğul olmasının adətən peyğəmbərlikdən qabaq olma başa düşmək olar ki bu ifadə peyğəmbərlikdən qabaqkı dövrə aiddir.
Hansı halda olursa olsun bu ifadə bunu göstərir ki Əli(ə) ruhunun paklığı və uşaqlıq dövründən peyğəmbər tərbiyəsi ilə tərbiyələnməsi nəticəsində elə uşaqlıq dövründən adi insanların eşitmədiyi və görmədiyi (və yalnız peyğəmbərlərin eşidib gördüyü) şeyləri eşidib və görüb.
İbn Əbil Hədid Nəhcül bəlağənin şərhində yazır:
«Səhih2 kitablarında rəvayət olunmuşdur ki Cəbrail birinci dəfə peyğəmbərə nazil olub onun peyğəmbər seçildiyini bildirdikdə Əli(ə) da peyğəmbərin yanında idi.3»
İmam Sadiq(ə) buyurmuşdur: «Əli(ə) Mühəmməd(s) peyğəmbərliyə seçilməzdən qabaq nübüvvət nurunu peyğəmbərlə birgə görür və mələyin səsini eşidirdi. Peyğəmbər(s) ona buyurur: Əgər mən peyğəmbərlərin sonuncusu olmasaydım sənin peyğəmbər olmağa ləyaqətin var idi.Ancaq sən mənim canişinim vəsilər ağası və təqvalıların (mö’minlərin) rəhbərisən.» (Şərhi-Nəhcül-bəlağə. İbn Əbil Hədid. c 13 səh.210)
2– Be’sətdən peyğəmbərin hicrətinədək
Həzrət Əli(ə)-ın ömrünün ikinci hissəsini be’sətdən Mədinəyə hicrətə qədərki dövr təşkil edir. Bu hissə on üç ildən ibarətdir. Həzrət Əli(ə)-ın İslamın dirçəlişi yolunda göstərdiyi bir sıra şücaətlər və xidmətlər bu hissəyə aiddir. Elə xidmətlər ki İslamda Əli(ə)-dan başqa heç kimə nəsib olmayıb.
İslamı qəbul etmiş ilk insan
Əli(ə)-ın bu dövrdəki ilk iftixarı onun ilk növbədə İslamı qəbul etməsidir. Daha dəqiq desək Əli(ə) bu dövrdə özünün əvvəldən olan İslami əqidəsini aşkar etmişdir. Əli(ə) əvvəldən təkallahlığa inanmış və əsla bütpərəst olmamışdır. Yə’ni Əli(ə)-ın İslamı qəbul etməsi bu mə’naya deyil ki o bütpərəstlikdən əl çəkmiş və İslamı qəbul etmişdir. (Ancaq peyğəmbərlərin digər səhabələrinin İslamı qəbul etmələri bu mə’nayadır.)1
İslamı qəbul etməkdə irəli düşmək elə bir dəyər fəzilətdir ki Qur’an açıq-aşkar ona işarə edərək buyurmuşdur: «Bir də öndə olanlar öndə olanlar! Bunlar (Allahın dərgahına Allahın lütfünə və mərhəmətinə) yaxın olanlardır.» (Vaqiə-1011)
Qur’anın islamı qəbul etməkdə irəli düşməyə xüsusi diqqəti o qədərdir ki hətta Məkkənin fəthindən qabaq müsəlman olanlar Məkkə fəthində sonra müsəlman olanlardan üstün sayılır. Gör indi hicrətdən qabaq müsəlman olanlar nə dərəcədədirlər? «Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə e’tibarı ilə daha üstündürlər. Bununla belə Allah-taala onların hamısına (həm birincilərə həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) və’d buyurmuşdur.» (Hədid -10)
Məkkənin fəthindən (hicrətin səkkizinci ilindən) qabaq müsəlman olanların dərəcələrinin üstün olması ona görədir ki onlar İslamı qəbul edəndə İslam dini hələ Ərəbistan yarımadasına tam yayılmamışdı müşriklərin qərargahı olan Məkkə şəhəri İslamın düşməni olaraq qalırdı. Müsəlmanlar hələ qorxu içərisində yaşayırdılar. Düzdür müsəlmanlar Mədinəyə hicrət etdikdən və Mədinənin böyük qəbilələri Ovs və Xəzrəcin və bir çox başqa qəbilələrin İslama gəlməsindən sonra müsəlmanlar bir qədər gücləndilər bir çox müharibələrdə meydandan qalib çıxdılar. Belə bir zamanda İslamı qəbul etmək böyük üstünlüyə malikdirsə şübhəsiz ki İslamın ilkin çağlarında (hicrətdən qabaq) Qüreyşin və bütpərəstlərin camaata meydan oxuduqları bir dövrdə İslamı qəbul etmək daha çox üstünlüyə malikdir. Buna əsasən də peyğəmbərin səhabələri arasında İslamı qəbul etməkdə irəli düşmək (və hətta birinci olmaq) böyük bir şərəfdir.
Beləliklə də Əli(ə)-ın İslamı birinci qəbul etməsinin də nə dərəcədə üstün olması mə’lum olur.
Əli(ə)-ın ilk müsəlman olması haqda sübutlar
Əli(ə)-ın birinci şəxs olaraq İslamı qəbul etməsi haqqında kitablarda o qədər sübutlar qeyd etmişlər ki onların hamısını bu kitabda qeyd etmək mümkün deyil. Ancaq nümunə üçün onların bir neçəsini oxucuların nəzərinə çatdırırıq:
a) Hamıdan əvvəl Peyğəmbər(s)-in özü Əli(ə)-ın İslamı birinci qəbul etməsini təsdiqləmiş və camaat arasında buyurmuşdur: «Qiyamət günü Kövsər (hovuzunun) bulağının başında mənə birinci birləşən şəxs İslamı birinci qəbul etmiş şəxs Əli ibn Əbutalib olacaqdır.»1
b) Alimlər və rəvayətçilər söyləmişlər:
«Həftənin birinci günü Mühəmməd(s) peyğəmbər seçildi və Əli(ə) səhərisi gün onunla birgə namaz qıldı.»2
v) Həzrət Əli(ə) özü «Qasiə» xütbəsində buyurur: “O vaxt (İslamın təzəcə vaxtı) İslam dini peyğəmbərlə Xədicənin evindən başqa yerdə yox idi. Mən isə onların üçüncüsü idim. Vəhy və nübüvvət iyini duyub və görürdüm.»
q) Həzrət Əli(ə) başqa bir hədisdə özünün İslamı qəbul etməkdə irəli düşməsi barədə belə buyurmuşdur: «İlahi! Mən Sənin yoluna gəlmiş ilk şəxsəm. İlk dəfə olaraq mən Sənin xəbərini eşitdim və Peyğəmbər(s)-in də’vətini qəbul etdim. O vaxt məndən başqa ancaq peyğəmbər namaz qılırdı.»
d) Əli(ə) buyurardı: «Mən Allah bəndəsi peyğəmbərin qardaşı və çox doğru danışan bir şəxsəm. Bu sözü məndən başqa kim deyərsə bilin ki o yalançıdır. Mən camaatdan yeddi il qabaq peyğəmbərlə birgə namaz qılmışam.»1
e) Üfeyr ibn Qeys Kendi deyir: «Mən cahiliyyət dövründə ətriyyat satıcısı idim. Ticarət səfərlərimin birində Məkkəyə getdim və (Məkkə tacirlərindən biri olan) Abbasın qonağı oldum. Günlərin birində Məscidül–həramda Abbasla birgə oturmuşduq. Günəş göyün ortasına çatanda sifəti parlaq ay parçasına bənzər bir cavan kişi məscidə gəldi. Göyə baxdı və sonra üzünü Kə’bəyə çevirərək namaz qılmağa başladı. Bir az keçməmiş gözəl bir gənc oğlan da gəlib ona qoşularaq onun sağında durdu. Sonra çadraya bürünmüş bir qadın gəlib o iki nəfərin arxasında durdu. Beləliklə üçü də namaz qılmağa başladı.
Mən (bütpərəstliyin mərkəzi olan Məkkədə üç nəfərin ayrı dinə sitayiş etməsindən) çox təəccübləndim. Üzümü Abbasa tutub dedim: “Bu çox böyük hadisədir!” O da mənə dedi: “Bu üç nəfəri tanıyırsan?” Dedim ki xeyr. Abbas dedi: “Birinci gəlib hamıdan qabaqda duran mənim qardaşım oğlu Mühəmməd ibn Abdullahdır. İkinci gələn başqa bir qardaşımın oğlu Əli ibn Əbutalibdir. Üçüncü gələn də Mühəmməd(s)-in həyat yodaşıdır. Mühəmməd(s) iddia edir ki onun dini Allah-taala tərəfindən nazil olub. İndi yer üzündə bu üç nəfərdən başqa heç kim bu dinə qulluq etmir.»2
Bu hadisədən çox gözəl yaxşı mə’lum olur ki Peyğəmbər(s)-in də’vətini əvvəllər həyat yoldaşı Xədicədən başqa ancaq Əli(ə) qəbul etmişdir.
Peyğəmbər(s)-in hamisi və canişini
İslam peyğəmbəri öz də’vətini üç il gizli saxladı. Ancaq xüsusi və gizli şəkildə də’vətini həyata keçirirdi. Kimdə qəbul hissi görürdüsə onu da İslama də’vət edirdi.
Üç ildən sonra vəhy mələyi nazil olub bildirdi ki peyğəmbər də’vətini aşkara çıxartmalı və ilk növbədə öz qohum-əqrabasından başlamalıdır.
Bu barədə Allah-taala Qur’anda belə buyurmuşdur: «Və ən yaxın qohumlarını qorxut!Sənə tabe olan mö’minləri qanadın altına al! (Onlarla yumşaq davran nəzakətlə rəftar et köməklərinə çat!) Əgər (yaxın qohumların) sənə qarşı çıxsalar onlara belə de: «Şübhəsiz ki mən sizin əməllərinizdən uzağam!» (Şüəra- 214-216)
Ümumi və aşkar də’vətin qohum-əqrəbadan başlanmasının səbəbi odur ki əgər bir nəfərin də’vətini onun öz qohum-əqrabası qəbul etməsə onun sözü başqalarına əsla tə’sir göstərməyəcək. Çünki onlar onun pis cəhətlərinə bələddirlər. Bu səbəbdən onların iman gətirməsi peyğəmbəri təsdiq etməsi onun doğruluğuna sübut hesab olunur. Əksinə qohum–əqraba onun də’vətini qəbul etmədikdə bu iddianın düzgün olmadığını bildirir. Buna görə də Peyğəmbər(s) Əli(ə)-a tapşırdı ki Bəni–Haşim qəbiləsinin qırx beş nəfər böyük şəxsiyyətlərini nahara qonaq çağırıb onlar üçün ət yeməyi bişirsin. Süfrəyə süd qoymağı da unutmasın.
Qonaqlar hamı bir nəfər kimi tə’yin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbər(s)-in əmisi Əbu-Ləhəb öz yersiz söhbətlərilə məclisi bir-birinə vurub məclisin hazırlığını aradan apardı. Beləliklə də məclis heç bir nəticə vermədən başa çatdı. Qonaqlar da durub hərə öz evinə getdi.
Peyğəmbər(s) qərara gəldi ki səhəri gün yenə qohumlarını nahara də’vət etsin Əbu-Ləhəbdən başqa dünən gələnlərin hamısını bir daha evə çağırsın. Yenə Əli(ə) qonaqlar üçün yemək və süd hazırladı və qohumları nahara və peyğəmbərin söhbətinə qulaq asmaq üçün evə çağırdı. Qonaqlar yenə də tə’yin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbər(s) söhbətə başlayaraq buyurdu: «Mənim öz qohumlarım üçün gətirdiyim şeydən yaxşı bir şey heç kim öz qohumları üçün gətirməyib. Mən sizin üçün dünya və axirət xeyrini gətirmişəm. Allahım mənə əmr edib ki sizi tövhidə təkallahlığa və öz nübüvvətimə də’vət edim. Bu işdə kim mənə kömək etməklə mənim qardaşım varisim və sizin aranızdakı nümayəndəm olar?»
Peyğəmbər(s) bunu deyib bir az sükut etdi. İstəyirdi görsün kim onun sualına müsbət cavab verəcək. Ancaq bütün məclisi sükut bürümüşdü. Hamı təəccüblü halda başını aşağı salıb fikirləşirdi. Bu zaman on beş yaşlı Əli ibn Əbutalib məclisin sükutunu pozaraq ayağa qalxdı üzünü Peyğəmbər(s)-ə tutub buyurdu: «Ey Allahın Rəsulu! Mən bu işdə sənə kömək edərəm!» Bunu deyib peyğəmbərlə bey’ət etmək üçün (razılıq əlaməti olaraq) əlini ona tərəf uzatdı. Peyğəmbər(s) Əli(ə)a əmr etdi ki yerində əyləşsin.
İkinci dəfə Peyğəmbər(s) öz sözlərini yenə təkrar etdi. Yenə də Əli(ə) ayağa qalxıb bu işə hazır olduğunu bildirdi.Peyğəmbər(s) ikinci dəfə də Əli(ə)-a oturmasını əmr etdi.
Üçüncü dəfə də Əli(ə)-dan başqa peyğəmbərə cavab verən olmadı. Təkcə Əli(ə) ayağa qalxıb Peyğəmbər(s)-in müqəddəs fikrini dəstəklədi. Bu vaxt Peyğəmbər(s) əlini Əli(ə)-ın əlinin üzərinə qoyaraq Bəni–Haşim qəbiləsinin böyükləri arasında Əli(ə) barədə öz tarixi cümləsini buyurdu: «Ey mənim qohum-əqrəbam! Əli mənim qardaşım varisim və sizin aranızda xəlifəmdir (canişinimdir).»1
Beləliklə sonuncu peyğəmbərin birinci xəlifəsi İslamın əvvəllərində və çox az insanın müsəlman olduğu bir dövrdə tə’yin olundu.
Peyğəmbər(s)-in öz peyğəmbərliyini Əli(ə)-ın imaməti ilə bir gündə qeyd etməsi yə’ni peyğəmbər camaata (qohum-əqrəbasına) «mən sizin peyğəmbərinizəm» buyurduğunu «Əli mənim canişinimdir» buyurduğu ilə birgə qeyd etməsi İslam dinində imamət məqamının nə dərəcədə yüksək olduğunu sübut edir. Bundan mə’lum olur ki bu iki məqam (nübüvvət və imamət məqamı) bir-birindən ayrı deyil və imamət məqamı nübüvvətin təkmil edicisidir.

İNŞALLAH ARDI OLACAQ...
qeyd: bu yazı 5 hissəlidir. Yazıya görə "VƏHDƏT"
komandasına xüsusi minnətdalıq.
