Rusiyalı milyarder $150 milyona mənzil aldı
Rusiyalı neft milyarderi Leonard Blavatnik ABŞ-ın daşınmaz əmlak bazarında misli görünməmiş sövdələşməyə imza atıb.
O, Nyu-York şəhərində $150 milyon verərək mənzil alıb.
"New York Prosperity Herald"ın verdiyi məlumata görə, bu məbləğ Birləşmiş Ştatların ən böyük şəhərinin daşınmaz əmlak bazarının rekordudur.
Blavatnik bu yaxınlarda Londonuni elitar Könsinqton səmtində 41 milyon funt-sterlinq ($82 milyon) verərək malikanəyə yiyələnmişdi. Həmin malikanəni digər rusiyalı milyarder Roman Abramoviç almaq istəyirdi. Blavatnik Londondakı evində hovuz, trenaжor zalı və zirzəmidə kinoteatr tikdirir.
Nyk-Yorkun Manhetten səmtindəki 77-ci küçədəki "The Mark Hotel" binasının penthausunda yerləşən mənzil isə üçmərtəbəlidir.
"The Telegraph" bildirir ki, mənzilin dizaynı ilə məşhur fransız Жak Qranж məşğuldur.
20 yaşında SSRİ-ni tərk etmiş Blavatnikin indi 50 yaşı və $9,4 milyard sərvəti var.
"Blavatnik qəsdən Nyk-Yorkda ən bahalı mənzili satın almağa çalışırdı. Onun arvadı Qranжla görüşərək, fransız dizaynerə "bizə elə mənzil tapın ki, hamını heyrətə salsın" tapşırıb", - "The Telegraph" xəbər verir.
Leonard Blavatnikin 3000 kvadrat metrlik mənzilində 23 yataq otağı, qış bağı, 230 kvadrat metrlik eyvan var.
"Bu qiymət adamı xoflandırır, - Nyu-York meriyasının daşınmaz əmlak komitəsinin sədr müavini Maykl Sleteri ABC-yə bildirib. - Şəhərimiz ev axtaran milyonçular üçün həmişə cazibədar olub. Amma bir mənzilə bu qədər pul vermək absurddur".
