“GOOGLE”NİN BANİSİ EVLƏNDİ
Amerikanın ən varlı adamlarından biri, “Google”nin banisi Larri Peyc Stenford universitetinin tələbəsi, 27 yaşlı Lyusi Sautvortla evlənib. Nikah mərasimi Baham adalarında olub.

Mərasimə 600-dək qonaq dəvət olunub, onların arasında siyasətçilər, rok-ulduzlar və digər məşhur insanlar var idi. Toyun ən tanınmış qonaqları isə sabiq ABŞ Prezidenti Bill Klinton və onun xanımı, prezidentliyə indiki namizəd Hillari olmuşlar.
Milyarderin sevgilisi nəinki ağıllı və təhsilli (Sautvort tibb-bioloji informatika kafedrasının tələbəsidir), həm də çox varlıdır. Onun var-dövləti 20 milyard dollar məbləğində qiymətləndirilir.
Son illər ərzində “Google” internetdə ən populyar axtarış mexanizmidir və bütün dünyada on milyonlarla adam ondan müntəzəm istifadə edir.
