Gözəl Şəhər Təbriz Haqında Şer və Fotolar
Nə dillərlə dindiriblər Təbrizi!
Tərifində çox sözlər söylüyüblər .
Birisi " dumanlı "
Biri " qəhrəman "
Bir də " mehriban "-Təbriz deyibler
Ancaq ən gözəli bu söhbətlərin
"Qocaman Təbriz " di , qocaman Təbriz .
Qocaman kəlməsi çoxlu yük daşır
Özüynən geçmişi , tarixi daşır
Özüynen hekməti , ağılı daşır
Özüynen təcrübə , bilgini daşır ...
Təbriz harda durur ?
Təbriz hara dır ?
Nedəndir ürəklər ona çırpınır?
Bir zaman bir böyük impiraturluğn
Paytəxti , bu zaman necə dolanır ?
Bu şəhər dumanli qocaman şəhər
Çox zaman ölkənin paytəxti olmuş
Çox zaman ölkəyə darul-səltənə
Şərqin demokratik inqilabının
İlkin başlıyanı bu şəhər olmuş
İndi nə gəlibdi onun başına
Böylə ağrıdırı insan ürəyin
Görəsən şəhərı Şəmsi–təbrizin
Daha gözəllərin diyari dəyir ?

