Beynəlxalq internetə çıxış sürətləndiriləcək
Bu da internet qiymətlərinin 2 dəfə ucuzlaşmasına səbəb olacaq

Xarici internet provayderlərinə çıxış qiymətlərinin baha olması bu gün Azərbaycanda internet qiymətlərinin də aşağı düşməsinə mane olur. Bu barədə məlumatı jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov verib. Onun sözlərinə görə, son üç ildə Azərbaycanın beynəlxalq internet şəbəkəsinə çıxışı 40 dəfə artıb:" Bu artım internet qiymətlərinin nisbətən aşağı düşməsinə səbəb olub. Hazırda internet provayderlərinin xaricə çıxışını təşkil edən operator yenidən qiymətlərin ucuzlaşmasına hazırlaşır. Operator internet provayderlərinə bu sahədə güzəştlər etmək fikrindədir. Beynəlxalq internet şəbəkəsinə çıxış 2 dəfə sürətləndirilməlidir. Əgər bu proses həyata keçirilsə, həmin qiymətlər də 2 dəfə ucuzlaşacaq"
