Nvidia yüksəksürətli videokart istehsal etdi
Kompaniyanın press-relizində GeForce 9800GX2 yüksəksürətli videokart haqqınaa məlumat verilir
Nvidia kompaniyası yeni yüksəksürətli videokart istehsal edib. Pres-relizdə bu barədə məlumat yayan kompaniya, onun üstün cəhətlərini qeyd edib. İstehsalçılar qeyd edirlər ki, yeni videokart kompaniyanın keçmiş GeForce 8800 Ultra GPU nəslindən olan flaqman videokartlardan 30-50 faiz daha sürətlidir.
GeForce 9800GX2 videokartı, hər biri 600 Mhs tezlikdə işləyən iki qrafik prosserla təchiz edilib. Kart həmçinin hər iki GPU-ya 512 Mb ayrılmaqla, 1024 Mb operativ yaddaşa malikdir. Kartın daha bir üstün cəhəti isə, yeni PCI Express 2.0 şinlərini dəstəkləməsidir ki, bu da məlumatların maksimal sürətlə dəyişdirilməsinə imkan verir.
Nvidia-nın əsas rəqibi ATİ kompaniyası, artıq bu ilin yanvar ayında iki prosessorlu Radeon HD 3870 X2 videokartını istehsal edib.//qaynar//

