"Qurd Qız"ın 7 yaşı var (FOTOREPORTAJ)
QayNar: Hangkoqda insanlar onu "qurd qız" deyə çağıra bilərlər, ancaq məktəbdə, evdə, ailəsi və yoldaşları arasında onun ləqəbi "Nat"dır.
7 yaşındakı Nat, kürəyində və üzündə tük yumağının meydana gəlməsinə səbəb olan, tibbdə Ambras sindromu olaraq tanınan, bənzərsiz bir genetik xəstəliyin daşıyıcısıdır.
Xəstəliyə milyardda bir insanda təsadüf edilir və 1648-ci ildə ilk dəfə təsbit edildiyindən bəri dünyada cəmi 50 adamda rast gəlinib.
Ancaq Nat, bu vəziyyətindən digər xəstələr kimi insanları "qurd adamlar" haqqında əfsanələrə inandırmaq üçün istifadə etmir.
Öz yaşındakı hər bir uşaq kimi, Nat da oynamağı, gülməyi və qardaşlarıyla gəzməyi sevir. Ayrıca cizgi filmi izləməkdən və məktəbdə yoldaşlarıyla birlikdə dəcəllik etməkdən zövq alır. Taylandlı kiçik qız, oxuduğu sinifdə ən sürətli qaçışçı və gimnastlardan biridir.
Natın məktəbdəki müəllimləri, onun olduqca yaradıcı və ağıllı olduğunu söyləyir və bildirirlər ki, suallara cavab vermək üçün ilkəl qaldıranlardan biri də odur.
Natın arzusu, böyüyəndə universitetdə müəllim olmaqdır.
Natın ana və atası qızlarıyla qürur duyurlar və onu dünyaya gətirdikləri üçün olduqca xoşbəxtdirlər: "Onun bu şəkildə görünəcəyi heç bizim ağlımıza gəlməmişdi. Hamiləykən ultra müayinə sınaqlarından keçən zaman həkim kiçik qızımın çox tüklü göründüyünü söyləmişdi. Ancaq biz bunun normal saç olduğunu düşünmüşdük" -deyə "qurd qız"ın anası bildirir.
Nat çox kiçik ikən, ailəsi onu həkimə aparmış və tüklərdən xilas olmaq üçün lazer müalicəsini sınamışlar. Seans müvəqqəti işə yarasa da, dərisini yaşıl və qabarıq bir hala gətirmiş, ancaq daha sonra tüklər yenidən uzanmışdır. Atası: "Həkimlər Nat böyüyəndə təkrar sınamağımızı söylədi, ancaq nə olacağını bilmirik, dedilər" deyə bildirir.
Nat böyüyəndə, tüklü qalmaq, ya da həyatı boyunca təraş olmaq və tük tökücü kremlərdən istifadə edib-etməyəcəyinə özü qərar verəcək. Valideynləri isə tibb elminin bir gün bunana çatə tpacağına ümid edirlər.
"Mən normal bir qızam"- deyir Nat, "Dərslərimi sevirəm, çoxlu yoldaşım var. Bəlkə bir az fərqli görünürəm, amma mən də hər kəs kimiyəm."






