Hədislər- Bağışlamaq və əfv
472. İmam Baqir(ə) buyurur: Üç şey dünya və axirət gözəlliklərindəndir: Sənə zülm edəni bağışlamaq, dostluğu kəsənlə dostluq münasibəti yaratmaq və cahil adamla dözümlü davranmaq. (Tühəfül-Üqul – s293)
473. İmam Əli(ə) buyurur: Qüdrətli insanın işlərinin ən yaxşısı başqasını bağışlamaqdır. (Qürərül-Hikəm – c1 – s187)
474. İmam Əli(ə) buyurur: Əfv etmək qəlbin zəkatıdır. (Nəhcül-Bəlağə – 207-ci hikmət).
475. İmam Səccad(ə) buyurur: Sağ tərəfində səni yamanlayan bir kimsəпЂ¬ sol tərəfinə keçib səndən üzr istəsə onu bağışla. (Tühəfül-Üqul – s282)
476. 229. İmam Əli(ə) buyurur: Qüdrətli insanın ən pis işi intiqam almaqdır. (Qürərl-hikəm c1 – s187)
477. Həzrət Peyğəmbər(s) “Bağışlamağı və güzəştə getməyi özünüzə adət edin. Çünki bağışlamaq və güzəştə getmək hörmət və əzəməti artırar. Deməli, bir-birinizə qarşı güzəştə gedin ki, Allah yanında əziz olasız.” Üsul Kafi: c-2/s-108/hədis-5
478. İmam Həsən(ə) buyurur: Təqsirkarı cəzalandırmaq üçün tələsməyinпЂ¬ təqsir ilə cəza arasında güzəştə (üzrə) də yol verin. (Biharül-ənvar – c78 –s111)
479. İmam Əli(ə) buyurur: Bəxşiş abırın gözətçisidir. (Nəhcül-Bəlağə – 207-ci hikmət).
480. “...Əfv edib, başqalarının səhvlərinə göz yummalısınız! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir!”(Nur-22) İmam Sadiq(ə) buyurur: “Qüdrətli olarkən bağışlamaq peyğəmbərlərin və təqva əhlinin qaydasıdır.” Səfinətül-bihar:c-2/s-207.
481. Həzrət Əli(ə) buyurur: “Qardaşını (səhv edərkən) yaxşılıqla, gözəl davranışla danla. Onun şərrini ona bəxşiş verməklə özündən uzaqlaşdır.” Nəhcül-bəlağə:Sübhi Saleh: 158-ci hikmət.
482. Həzrət Əli(ə): “İntiqam almaq və cəzalandırmaq qüdrətinə malik olarkən bağışlayan kəs insanların ən ləyaqətlisidir.” Həmin ünvan: Hikmət-52.
