YƏHUDİ RAVVİNDƏN ETİRAF
Ravvin qeyd edib ki, israillilər və fələstinlilər- xırda xalqlardır, amma onların bir tapşırıqları var- “Qərb və İslam mədəniyyəti arasında körpü yaratmaq”. İsrail-Fələstin münaqişəsinə toxunan M. Fruman əlaqələrin yoluna salınması üçün yeni -daha az siyasi və daha çox mənəvi formulun vacibliyini bildirib. “Mən şeyx Əhməd Yasinlə (2004-cü ildə İsrail aviazərbəsi nəticəsində həlak olan “Həmas” təşkilatının mənəvi lideri) görüşmüşəm və biz Müqəddəs torpaqda ali hakimiyyətin haqq-təalaya məxsus olduğu barədə danışmışdıq. Düşünürəm ki, Qüdsün statusu barədə də bu yolla danışmaq olar. Niyə də Qüdsə dünyanın paytaxtı statusu verilməsin!", deyə ravvin qeyd edib. Onun sözlərinə görə, Müqəddəs torpaqda yaranmış münaqişə yalnız ərazi iddiası deyil, “bu, Qərblə müsəlman dünyası arasında olan əlaqə ilə bağlı olan daha geniş problemdir”.
“Mən hələ ABŞ-da əkiz qüllələrin məhvindən xeyli əvvəl demişdim ki, onlara qarşı terror törədiləcək və onlar partladıldılar.. Yaxşı olardı ki, ABŞ-ın xarici siyasət administrasiyasının nümayəndələri bir il məzuniyyət götürsünlər və mənim etdiyim kimi oturub şeyxlərlə birgə Quran və hədisləri öyrənsinlər. Sülhə nail olmaq üçün, müsəlmanları başa düşmək lazımdır. İslam- mənəvi imperiyadır, burada öyrənməli çox şey var”, deyə M. Fruman bildirib.
ANS PRESS
