Otel sahibi İslam qaydalarını 5 ulduzdan üstün tutdu..

Misir höküməti Qahirədəki beşulduzlu dəbdəbəli “Grand Hyatt” otelini 3 ulduzundan məhrum etmək fikrindədir. Bunun səbəbi ondan ibarətdir ki, onun sahibi oteldə alkoqollu içkiləri qadağan edib.
Qalmaqal keçən ay, ən dəbdəbəli Qahirə otellərindən birinin sahibi Abdel Aziz İbrahimin İslam qanunlarını rəhbər tutaraq, oteldə bütün alkoqollu məhsulları aradan qaldırmaq və bir daha onları müştərilərə verməmək barədə qərarından sonra daha da böyüyüb.
2,5 min alkoqollu içki şüşəsi “Hyatt” beynəlxalq otellər şəbəkəsinin amerikalı menecerləri ilə öz qərarını razılaşdırmayan otel sahibinin tələbi ilə xidmətçilər tərəfindən kənarlaşdırılıb.
İslam qaydaları ciddi şəkildə alkoqolun istifadəsini qadağan edir. Lakin Misir qanunlarında da bu qadağa mövcuddur. Eləcə də alkoqoldan istifadə edən misirlilərin sayı çox azdır və barlara tez-tez gələnlər də əsasən turistlərdir.
Misir Otelləri Assosiasiyasının prezidenti Fəthi Nur deyib: “300 min dolları kanalizasiyaya buraxıblar, bu bütün Misir otellərinin qanunlarının pozulması deməkdir”. Bu qaydalara əsasən, otellərdə iki ulduzdan çoxu alkoqollu içkilərə görə verilir, beynəlxalq şəbəkəyə daxil olan otel sahibinin isə özbaşına qərar qəbul etməyə hüququ yoxdur.
Nur əlavə edib ki, “İyulun 2-si son müddətdir (İbrahimin alkoqollu içkilərə qoyduğu qadağadan imtina etməsinə görə). Əgər o, dediyini edəcəksə, onda otelin statusu iki ulduza qədər azaldılacaq”.
