RUS QOŞUNLARI TİFLİSƏ DOĞRU İRƏLİLƏYİR
Zuqdidi, Senaki və Qori şəhərləri isə artıq ələ keçirilib

Rusiya qoşunları Gürcüstanın paytaxtı Tiflisin cəmi 60 kilometrliyində olan Qori şəhərini ələ keçirdilər. Bu məlumatı həm Gürcüstan, həm də Rusiya tərəfi təsdiqləyib. Rusiya xəbərə qoşunlarının
irəlilədiyini də əlavə edib.
Artıq Rusiya qoşunlarının Tiflisə tərəf irəliləməsi barədə xəbər yayıb.
Gürcüstan isə qoşunlarının paytaxtın müdafiəsi üçün
Artıq Rusiya qoşunlarının Tiflisə tərəf irəliləməsi barədə xəbər yayıb.
Gürcüstan isə qoşunlarının paytaxtın müdafiəsi üçün
Tiflisin ətrafına toplayır.
Gürcüstan paytaxtında xaos və təşviş başlayıb. Evlərini tərk edən Cürcüstan vətəndaşları ölkənin içərilərinə doğru qaçırlar. Onlar qaçışlarını yalnız təşviş işçində çığırdıqları “ruslar gəlirlər” sözləri ilə ifadə edirlər.
Bundan öncə isə, gürcü hərbçiləri Rusiya hərbi texnikası və əsgərlərinin Senaki şəhərini ələ keçirdiyini bildiriblər. Senakidə Gürcüstan ordusunun ABŞ-ın dəstəyi ilə yaradılmış iri hərbi-hava bazası var. Gürcüstan DİN-in informasiya və təhlil departamentinin rəhbəri Şota Utiaşvili isə Rusiya sülhməramlıları və abxaz separatçılarının Zuqdidi rayonunun Xurça kəndinə daxil olduqlarını bildirib. Ancaq abxaz tərəfi isə bu xəbəri təkzib edib.
Rusiya Müdafiə Nazirliyi Senaki rayonunda “tədbirlər” həyata keçirildiyini açıqlayıb. Nazirlikdəki mənbə Senakidə Gürcüstan Silahlı Qüvvələrinin ikinci piyada briqadasının yerləşdiyini bildirib: “Tədbirlər Cənubi Osetiyanın və Rusiya sülhməramlılarının gürcü artilleriyası tərəfindən atəşə tutulmasının və onların Cənubi Osetiyaya qarşı yeni təcavüzünə yol verməmək məqsədilə həyata keçirilir”. Mənbə Mixail Saakaşvili tərəfindən səfərbərliyə alınan ehtiyatda olan hərbçilərin cəmləşdirilməsinin qarşısını almaq istədiklərini də əlavə edib. //qaynar// APA
