Qur’ani-Kərim Həzrət Məhdi əleyhissəlamın zühur və qiyamı barədə (bir çox başqa sahələrdə olduğu kimi) xırdalıqlara toxunmadan ümumi şəkildə söz açmışdır. Yə’ni , Qur’an ümumdünya ədalətli hökumət qurulacağından , əməlisaleh insanların yer üzündəki kamil və son qələbəsindən söhbət etmişdir. Bu ayələri İslam təfsirçiləri hədislərə istinad edərək Həzrət Məhdi əleyhissəlama , onun qiyamı və zühuruna aid etmişlər. Alimlərin bu məsələyə aid etdikləri[1] ayələrdən və bu məsələ haqqında daha aşkar söhbət açmış ayələrdən üçünü oxucuların nəzərinə çatdırırıq. 1) “Biz kitabdan [ Tövratdan , yaxud lövhi-məhfuzdan ] sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin varis (hakim) olacağını yazmışdıq.” [2] “ Ənbiya ” surəsi, ayə 105.
Davamı...
Zülmətdən Nura - Tez Gəl ey, İmam Zaman(ə.f)

Davamı...